Sinif-sinif, bölük-bölük..

Sinif-sinif,
Bölük-bölük
Içindeki darlıq eyni,
Eyni tale, eyni qeder
Cibi qeder…
Cibi qeder genişlikde…
Cib arası mesafeler..

Sinif-sinif,
Bölük-bölük..
Terli-terli,
Yorgun-yorgun…
Relax-relax…
Sabit tale,
Sabit heyat..
Eyni yazı,
Eyni qeder,
Cibi qeder…
Satın aldıgı qeder ruhla,
Sata-sata bitirdiyi ruhsuzluqla
Relax-relax..

Ciblerden açılan pencereler
Ciblerinden boylanan
dünyalara
Sinif-sinif,
Bölük-bölük
Kiçik-kiçik adamlar..

Advertisements

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Dünyanın ən böyük ədaləti
İnsanın öz təbiətinnən qopa bilməməsidi…
Nəsənsə osan,
Dünya dagılsa da,
Dünyanın bütün qaraguruhları səni inandırmaga,
döndərməyə, dəyişməyə çalışsa da
mənfur üsullarıyla…
Təbiətinə sadiqdi insan,
Öz başlangıcına,
Nədən yaranıbsa ona –
nə üçün, nə cür yaşamalıdısa…
Tebiətini deyişəcək bir qüvvə yoxdu yaxşı insanın,
heç bir vəziyyət,
heç bir məhrumiyyət,
təklif, təlim, təzyiq,
cəza ya da mükafat deyişməz,
öldürsə də deyişməz
insanın həyatla qurdugu əzəli münasibətini…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Mən “keçmişdən” qalmışam,
Gələcəyin adamıyam…
“Köhnə”di, dəbdə deyil qaygılarım,
İndiki ilə səsləşmir həyacanlarım,
Sevdalarım…
Mən tör-töküntü, qırıq-sökük, sınıq-salxaq qırıntılar toplamıram,
“Bu gün”lə yaşamıram.
Keçmişimnən nə qaçıram, nə danıram olannarı..
Qopuq-qopuq günləri saymıram ömürdən,
Keçmişimin üzərində dayanıram…
“Bu gün” uydurmamışam özümə…
Sabahıma “allah kərim” deyil,
Tarix bilir, tarix yazır sabahımı…
Keçmişdən gələn sabahların adamları geden yolnan gedirem…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Sevdiyi üçün ölmək daha dəbdə deyil…
İnsan güclüdü daha…
İnsan ölümün yox,
yaşamagın yollarındadı …
İndi ölmək rahat yoldu,
Çox asandı,
Sevdiyi üçün yaşamagı bacarmaq lazımdı insana…
Təkcə yaşamaq da azdı,
Yaşatmaq sevdiyini…
Yaşamaq və yaşatmaq…
Həyatın keşikçisi olmaq…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Bir şeherde çox yaşlı agacdı medeniyyet…
Bir şeherde çox yaşlı insandı medeniyyet,
Bir şeherde en yaşlı evdi medeniyyet…
Qurulusu hele varken
Uçurub dagıtmamaq,
Söküb, yıxmamaqdı medeniyyet,
Yerinde “yenisini” qurmamaqdı medeniyyet…
En yaşlısını, qocasını besliye bilmirsense hele,
yenisini dogmamaqdı medeniyyet…
Yaşlı agaclardı, qocalardı, yaşlı küçelerdi, dalannardı, cıgırlardı medeniyyet…
Yaşlıların açdıgı arxlardan
Su axıtmaqdı medeniyyet…
Köhnelerin tozunu silmekdi, küfünü temizlemekdi,
yarasına, agrısına üfürmekdi medeniyyet…
Dünyanın en yaşlı agacının gölgesinde oturmuş
dünyanın en yaşlı insaninın yanındakı
dünyanın en uzun hesretinnen ve en böyük eşqinnen dogulmuş gülümseyen o uşaqdı medeniyyet…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Heyatın edaletsizliyine qarşı oldugum qeder,
Ölümün edaletinin müdafiesinde de varam..
İşıgın haqlı olması qeder,
Zülmet de haqlı ola biler…
Ölüm de haqsızdı bezen,
vaxtsız, saygısız, cellad..
Ölüm beraberleşdirer herden,
En adil hakim qeder…
İşıq nurdu, ancaq
ele olur,
göz baglıyır, dil qurudur, nefes kesir…
Zülmet qebir qaranlıgı olsa da,
Xeyre çıxarar,
Xeyri qoruyar bezen…
Ölümün de edaletine varam,
Heyatın da…
Her zaman edaletin yanında, Her cür haqsızlıga qarşıyam…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Qara ve qehve rengi qırmızını sevdiyim qeder çox sevirem..
Çünki en çox qara ve qehve rengli insanlar oldu direnişde,
Çünki en çox qara ve qehve rengli insanlar öldü direnişde ve zülümlerde…
Ölen uşaqların rengi eyni olur,
ya qara, ya da qehve…
Qara ve qehve rengi sevin,
ve unutmuyun,
dünyanı qaraderili, qehve rengli insanlar deyişir ve deyişecek..
Heç kim acını ve şirini onlar qeder tanımadı.
Dünyanı heç kim onlar qeder sevmedi,
dünyaya heç kim, onlar qeder möhtac olmadı…
Onları qoruyun,
onları sevin…
Onların qırmızıya belenmesinnen
qara ve qehvenin qırmızıyla qovuşmasınnan
dogan vulkanlardan
alır rengini dünya,
rengareng olur dünya…
Onların heyata möhtaclıgı qeder
sizin de onlara möhtac oldugunuzu derk eliyin…

Bütün sabahlar zülmetlerden dogar,
Bütün zalımlar “qaraların” ahında bogular,
Dünyanı min bir ezabla qara canlar dogar…

Bir şərh yazın

Kateqoriysı Şeirlər

“O qeder gözelsen ki, istiyirem seni tek buraxım” demişdi…
O qız hele bu qeder qeribe sevgi etirafı eşitmemişdi…
Çaşmışdı, ürkmüşdü qız…
Onu heç vaxt buraxmaq istemiyen adamın ani heyecanla
bu qeder gözel sevgi etirafı…
Gözelliyinin içindeki tekliyi,
Tekliyinin içindeki gözelliyi
Onlarla ve kimselerle kirlenmemeliydi…

Bir şərh yazın

Kateqoriysı Şeirlər