Gözüm arxada qalmasın deyə
hələ ki mümkün görünməyən
bircə arzum var;
son nəfəsimi vermədən
pul sınağından,
dost sınağından,
aşk sınağından,
qadındırsa kişi,
kişidirsə qadın sınağından
alnıaçıq çıxmış bir insan tanıyam…

Onun gözündən öpəm,
onu bağrıma basam…

Sonra gözüm heç kimi görməsin…
Sonra kor olum,
kar olum,
rahatca ölüm…

2015

Bir şərh yazın

Kateqoriysı Şeirlər

Bir şərh yazın